Bank Of Baku

Azərbaycanın ən iri elektrik stansiyasında yenidənqurma işləri ilin sonunadək yekunlaşacaq

Azərbaycanın ən iri elektrik stansiyasında yenidənqurma işləri ilin sonunadək yekunlaşacaq
# 01 iyun 2010 12:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın ən böyük elektrik stansiyası olan «Azərbaycan» İstilik Elektrik Stansiyasında (İES) yenidənqurma işləri 2010-cu ilin sonuna qədər yekunlaşacaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

M.Əsgərovun sözlərinə görə, hazırda İES hər birinin gücü 300 MVt təşkil edən 8 blokdan ibarətdir. M.Əsgərov bildirib ki, tikildiyi dövrdən zavod qüsurları olduğu üçün stansiyanın blokları 300 MVt gücü verə bilməyib. Bu bloklar 270-280 MVt güclə işləyib. Yenidənqurma işləri başa çatandan sonra blokların hərəsində 60 MVt artımla 330 MVt güc əldə olunacaq. Şərti yanacaq sərfi isə 360 qramdan 320 qrama enəcək.

M.Əsgərov yaxın vaxtlarda «Şimal» elektrik stansiyasında ikinci aqreqatın tikintisinə dair tenderin keçiriləcəyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR