Bank Of Baku

«Enerji Körpüsü» layihəsi çərçivəsində Azərbaycanda 100 km uzunluğunda 500 KV-luq xətt tikiləcək

«Enerji Körpüsü» layihəsi çərçivəsində Azərbaycanda 100 km uzunluğunda 500 KV-luq xətt tikiləcək
# 01 iyun 2010 13:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan, Gürcüstan və Türkiyənin enerji şəbəkələrini birləşdirən «Enerji Körpüsü» layihəsi çərçivəsində hesabat işləri aparılır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

M.Əsgərovun sözlərinə görə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) yardımı ilə hesablamalar başa çatandan sonra tikinti və yenidənqurma işlərinə başlanacaq. «Azərenerji» rəsmisi bildirib ki, artıq Gürcüstan tərəfi hesablamaların nəticələrini gözləmədən, xarici mənbələrdən cəlb etdiyi kreditlər hesabına ölkə ərazisində şəbəkələrin yenidənqurulması layihələrinə başlayıb.

«Əsas işlər Gürcüstan ərazisindədir. Azərbaycanda isə 100 kilometr uzunluğunda 500 KV-luq xətt tikilməlidir», - deyə M.Əsgərov vurğulayıb.

M.Əsgərov Rusiya, Azərbaycan və İran enerji sistemlərinin sinxronlaşdırılması layihəsi üzərində işlərin getdiyini də açıqlayıb. «Azərenerji» rəsmisi onu da qeyd edib ki, hazırda bununla bağlı İran və Rusiya arasında danışıqların aparılsa da, proses çox ləng gedir.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan «Enerji Körpüsü» (Power Bridge) layihəsinin reallaşdırılmasına dair memorandum 2009-cu il aprelin 5-də imzalanıb. Layihə çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə yüksək gərginlikli şəbəkənin vahid regional modelini formalaşdıracaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR