Bank Of Baku

Azərbaycanın Qobustan rayonu ərazisində külək elektrik stansiyası qurulacaq

Azərbaycanın Qobustan rayonu ərazisində külək elektrik stansiyası qurulacaq
# 01 iyun 2010 14:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. «Azərenerji» ASC Qobustan rayonu ərazisində külək elektrik stansiyası qurmağı planlaşdırır.

«APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

M.Əsgərovun sözlərinə görə, layihədə Qobustanda 30 MVt gücə malik stansiyanın qurulması nəzərdə tutulur. Lakin «Azərenerji» ASC-nin külək enerjisinin istehsalı üzrə təcrübəsi az olduğundan, ilk mərhələdə Səngəçalda 4-6 MVt gücündə bir stansiya qurmağı planlaşdırır. Müəyyən təcrübə qazanılandan sonra, Qobustanda 30 MVt gücündə stansiya qurula bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR