Bank Of Baku

Riçard Morninqstar: «ABŞ Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji resurslarının ixracını diversifikasiya etmək cəhdlərini dəstəkləyir»

Riçard Morninqstar: «ABŞ Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji resurslarının ixracını diversifikasiya etmək cəhdlərini dəstəkləyir»
# 02 iyun 2010 08:40 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən beynəlxalq neft-qaz konfransında ABŞ dövlət katibinin Avrasiya enerji məsələlər üzrə müavini Riçard Morninqstar bildirib.

R.Morninqstar qeyd edib ki, Birləşmiş Ştatlar Xəzər regionundan təbii qazı Avropaya çatdıracaq Cənub Dəhlizinin açılmasına güclü dəstək verir. Bu dəhliz «Nabucco», Türkiyə-Yunanıstan-İtaliya və ehtimal olaraq, Trans-Adriatik qaz kəmərlərini özündə etiva edir: «Bu layihələr qaz ehtiyatlarının diversifikasiyasına və Avropaya yeni təchizat marşrutlarını açmağa kömək edə bilər. Cənub Dəhlizi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün kommersiya cəhətdən sərfəli olmaqla bərabər Avropa ilə qarşılıqlı maraqlar üzərində uzunmüddətli tərəfdaşlıq qurmaq imkanları yaradır».

R.Morninqstar onu da vurğulayıb ki, Cənub Dəhlizi ondan bəhrələnəcək ölkələr qazın kommersiya şərtləri barədə razılığa gəlmədən reallığa çevrilə bilməz. Çünki bu dəhliz üçün qaz yalnız bu müqavilə şərtləri əsasında ixrac oluna bilər.

ABŞ rəsmisi Cənub Dəhlizinin təchizatçıları arasında Türkmənistan və İraqı gördüklərini və bu ölkələrin Avropanın qaz təchizatında iştirak etmək barədə fikrlərini alqışladıqlarını vurğulayıb. Regionun ən böyük qaz ehtiyatlarına malik olan İranın bu layihədə iştirakına isə ABŞ-ın ənənəvi mövqeyini açıqlayıb: «Bizim İranla bağlı mövqeyimiz dəyişməz qalır. Biz İranın nüvə proqramı ilə bağlı beynəlxaq səviyyədə cəhdlərinin davam etdirilməsi fonunda İran rəhbərliyinin mövcud yanaşmasını nəzərə alaraq, bu ölkəni Cənub Dəhlizində görmürük».

ABŞ-ın Aropanın enerji təhlükəsizlyində Rusiyanı mühüm tərəfdaş kimi gördüyünü qeyd edən R.Morninqstar hesab edir ki, Rusiya əsas enerji istehsalçısı olmaqla regionda çox vacib mövqeyə malikdir.

R.Morninqstar yaxın gələcəkdə Qazaxıstanda hasil ediləcək böyük həcmdə neftin ixracı üçün yeni marşrutların müəyyən edilməsini dəstəklədiklərini də vurğulayıb. Xəzər Boru Kəməri Konsorsiumunun genişləndirilməsi istiqamətində əldə olunmuş nailiyyətləri alqışladıqlarını bəyan edib: «ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönləndirən tərəf kimi deyil, dəstək verən tərəf kimi cəlb olunub. Bunları etməklə, biz qlobal neft və qaz istehsalının artırılması, Avropadakı müttəfiqlərimizin daha təhlükəsiz enerji təchzatının təmin edilməsi, habelə Qafqaz və Mərkəzi Asiya regionunda suverenlik və müstəqilliyin dəstəklənməsində ABŞ-ın maraqlarını təmin edirik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR