Bank Of Baku

Türkiyənin energetika və təbii ehtiyyatlar nazirinin müavini Yusuf Yazar: «İraq «Nabucco»da iştirak edə bilər»

Türkiyənin energetika və təbii ehtiyyatlar nazirinin müavini Yusuf Yazar: «İraq «Nabucco»da iştirak edə bilər»
# 02 iyun 2010 09:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İraq «Nabucco» layihəsində iştirak edə bilər. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən beynəlxalq neft-qaz konfransında Türkiyənin energetika və təbii ehtiyyatlar nazirinin müavini Yusuf Yazar bildirib.

Öz çıxışında nazir müavini Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum neft və qaz boru kəmərlərinin əhəmiyyətindən danışıb və qeyd edib ki, Türkmənistan və Özbəkistan qazı Bakı-Tiflis-Ərzurum qaz boru kəməri vasitəsi ilə nəql olunarsa, bu, Şərq-Qərb enerji dəhlizinin tamalanmasında böyük rol oynaya bilər.

«Nabucco» layihəsindən danışan Y.Yazar həmçinin bildirib ki, layihə çərçivəsində bir sıra işlər icra olunmaqdadır və bir neçə mexanizmlər işlənilir. Enerji təhlükəsizliyindən danışan nazir müavini qeyd edib ki, İraq «Nabucco» layihəsində iştirak edə bilər.

Sonda çıxışında nazir müavini Azərbaycanla Türkiyə arasında qazın qiyməti ilə bağlı qısa bir müddət ərzində yekun razılaşmanın əldə olunacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR