Bank Of Baku

Azərbaycan və İran uzunmüddətli qaz müqaviləsi imzalamağa hazırlaşır

Azərbaycan və İran uzunmüddətli qaz müqaviləsi imzalamağa hazırlaşır
# 02 iyun 2010 09:56 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, səfərin əsas məqsədi Azərbaycanla İran arasında təbii qazın alqı-satqısı ilə bağlı uzunmüddətli müqavilənin imzalanmasına dair danışıqların aparılmasıdır: «Yaxın zamanlarda uzunmüddətli müqavilənin imzalanmasına dair danışıqlara başalyacağıq».

Bundan başqa V.Əliyev qeyd edib ki, hazırda sellər nəticəsində Azərbaycanın bölgələrinin qazla təchizatında problemlər müşahidə olunmur.

Qazaxıstan neftinin Azərbaycan ərazisilə nəqli məsələsi ilə bağlı isə V.Əliyev qeyd edib ki, may ayı ərzində Azərbaycanın dəmir yolu vasitəsilə Kulevi terminalına 280 min ton neft nəql edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR