Bakıda beynəlxalq neft-qaz konfransı işə başlayıb - FOTOSESSİYA
Konfransda müxtəlif dövlətlərin yüksək səviyyəli nümayəndə heyətləri də daxil olmaqla 400-dən artıq nümayəndə iştirak edir. Konfransın proqramına Azərbaycan, Gürcüstan, ABŞ, Türkiyə və Çexiyanın sənaye və energetika nazirliklərinin nümayəndələri, iri şirkətlərin rəhbərlərinin çıxışları daxil edilib.
Tədbirdə xüsusi diqqət Xəzər hövzəsinin təbii ehtiyatlarına və Azərbaycanın tranzit imkanlarına yönəldiləcək. Konfrans «Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu» mövzusuna həsr edilmiş plenar sessiya ilə açılıb. Bu sessiyada Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə müavini Riçard Morninqstar, Qazaxıstanın “KazMunayQaz” şirkəti İdarə Heyətinin sədri Kairgeldi Kabıldin, Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Yusuf Yazar, Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili və digərləri məruzə ilə çıxış edəcəklər.
İkinci sessiya «Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionunun rolu» mövzusunda olacaq. Sessiyanın məruzəçiləri isə ARDNŞ prezidenti Rövnəq Abdulayev, “Statoil” şirkətinin prezidenti Piter Mellbay, “OMV” şirkətinin Xəzər regional nümayəndəliyinin rəhbəri Volfhanq Şporrer, BP şirkətinin “Şahdəniz” yatağının işlənməsi üzrə vitse-prezidenti Ələsdəir Kuk və başqaları olacaq.
Konfransın ilk günü “Ətraf mühitə təsiri azaldan texnologiyalar və xidmətlər: sürətli inkişafa malik neft və qaz sənayesinin gələcəyi” mövzusunda plenar sessiya ilə yekunlaşacaq. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev, “Alten Group” şirkətinin icraçı direktoru Kamal Şabanov, Nobel Xeyriyyə Fondunun sədri Qustaf Nobel sessiyada məruzə ilə çıxış edəcəklər.
Konfransın ikinci günü “Xəzər regionunda kəşfiyyat və hasilat perspektivləri” plenar sessiyası ilə açılacaq. Bu sessiyada məruzəçilər ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Çexiya Xarici İşlər Nazirliyinin enerji təhlükəsizliyi üzrə səfiri Vatslav Bartuşka və bir sıra şirkətlərin menecerləri olacaq.
«Xəzər regionunun qaz infrastrukturu: kəmərlərin geosiyasiliyi» mövzusunda ikinci plenar sessiyada isə əsas məruzəçi qismində ARDNŞ-in sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov çıxış edəcək.
Xəbər Lenti
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ