Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunun ehtiyatları 2 dəfədən çox artırılıb

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunun ehtiyatları 2 dəfədən çox artırılıb
# 02 iyun 2010 10:53 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, hazırda AÇG-nin ümumi bərpa olunan ehtiyatları 1 mlrd. ton neft və 350 mlrd. kubmetr qaz həcmində qiymətləndirilir.

«Yeni işlənməyə açılan «Çıraq» layihəsi hasilatın yüksək saxlanılması dövrünü 3 ilə yaxın artırmağa imkan verəcək», - deyə R.Abdullayev vurğulayıb.

ARDNŞ prezidenti yeni «Çıraq» layihəsi çərçivəsində ilk neftin 2013-cü ilin IV rübündə hasil ediləcəyinin gözlənildiyini vurğulayıb.

Şirkət rəhbəri hazırda AÇG yataqlar blokunun dərinlikdə yerləşən qaz ehtiyatlarının işlənilməsi məsələləsinə baxıldığını deyib. R.Abdullayevin sözlərinə görə, hazırda burada çıxarıla bilən ehtiyatlar 300-400 mlrd. kubmetr həcmindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR