Bank Of Baku

Yaxın illərdə Azərbaycanda neft hasilatı 60 mln. tona, qaz hasilatı isə 40 mlrd. kubmetrə çatdırılacaq

Yaxın illərdə Azərbaycanda neft hasilatı 60 mln. tona, qaz hasilatı isə 40 mlrd. kubmetrə çatdırılacaq
# 02 iyun 2010 10:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 1994-2009-cu illər ərzində xarici şirkətləərlə imzaladığı 31 beynəlxalq neft-qaz (PSA tipli) sazişlərinin icrasına yatırılacaq sərmayələrin ümumi həcmi 60 mlrd. ABŞ dollarına çatacaq. Artıq bu investisiyanın 37 mlrd. dolları neft-qaz sektoruna yatırılıb. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən beynəlxalq neft-qaz konfransında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Hazırda Azərbaycanın quru və dəniz sektorunda 61 yatağın istismar olunduğunu qeyd edən ARDNŞ rəhbəri neft hasilatının 1997-ci ildən sonra 5,5 dəfə artırılaraq 50 mln. tona, gündəlik neft istehsalının isə rekord səviyyəyə – 1 mln. barelə çatdırıldığını qeyd edib. R.Abdullayev həmçinin rəhbərlik etdiyi qurumun xarici ölkələrlə sıx əməkdaşlıq etdiyini, Azərbaycan qazının yeni bazarlara çıxarılması istiqamətində araşdırmaların aparıldığını vurğulayıb.

«Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq Cənub Dəhlizi strategiyasını dəstəkləyir. Bununla bağlı ITG, «Bəyaz axın», Trans-Adriatik, «Nabucco» qaz kəmərləri, maye qazın Gürcüstandan Bolqarıstan və Rumıniyaya nəqli layihələrini diqqətlə nəzərdən keçirir. Azərbaycan hasil etdiyi təbii qazın Avropanın və digər ölkələrin artan təlabatını təmin edilməsi məqsədi ilə mümkün maksimal diversifikasiyanın tərəfdarıdır. Bu zaman istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqənin yaradılması, tranzit azadlığı, təbii qazın nəqli zamanı şəffaf şərtlərə əsaslanan sabit tranzit rejimlərindən istifadə olunması əsas prinsiplərdir», - deyə R.Abdullayev vurğulayıb.

R.Abdullayev ARDNŞ-in növbəti illərdə Almaniyanın RWE şirkəti ilə «Naxçıvan», Fransanın «Total» və «Gaz de Frans» şirkəti ilə «Abşeron» strukturlarında axtarış-qazma işlərinə başlayacağını qeyd edib. Şirkət rəhbəri həmçinin vurğulayıb ki, 2015-ci ildə Azərbaycanda neft hasilatının 60 mln. tona, qaz hasilatının isə 35-40 mlrd. kubmetrə çatdırılacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR