Bank Of Baku

«BP-Azerbaijan» şirkətinin vitse-prezidenti Ələsdəir Kuk: «Şahdəniz» dünyanın ən məhsuldar və nəhəng layihələrindən biridir»

«BP-Azerbaijan» şirkətinin vitse-prezidenti Ələsdəir Kuk: «Şahdəniz» dünyanın ən məhsuldar və nəhəng layihələrindən biridir»
# 02 iyun 2010 11:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağı dünyada ən məhsuldar strukturlardan biridir. «APA-Economics»in məlumatına görə, bunu XVII Beynəlxalq Neft və Qaz Sərgisi çərçivəsində bu gün Bakıda keçirilən konfransda çıxış edən «BP-Azerbaijan» şirkətinin «Şahdəniz» yatağının işlənməsi üzrə vitse-prezidenti Ələsdəir Kuk bildirib.

Onun sözlərinə görə, «Şahdəniz» yatağının işlənməsinə 1999-cu ildə başlanılıb və 7 il ərzində bu işlər davam edib. Nəticədə, 2006-cı ildə yataqdan təbii qaz hasilatına başlanılıb: «Sözügedən yataq dünyada ən məhsuldar və nəhəng layihələrdən biridir. Belə ki, «Şahdəniz» yatağının hazırkı qaz hasilatının həcmi 8 mlrd. kubmetrə bərabərdir. Ümumiyyətlə isə, bu strukturun ehtiyyatları 1 trln. kubmetr həcmində qiymətləndirilir».

Ə.Kuk həmçinin qeyd edib ki, hazırda «Şahdəniz»in ikinci fazasının başlanılmasına dair işlər aparılır və artıq 2016-cı ildə burada hasilata başlanacağı gözlənilir: «Ümumiyyətlə, bu yataqın potensiyalı genişdir».

Qeyd edək ki, ikinci fazanın işlənilməsinə təxminən 25 mlrd. ABŞ dolları sərmayə yatırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR