Bank Of Baku

«Şahdəniz-2» layihəsi üzrə qaz hasilatına 2016-cı ildə başlanacaq

«Şahdəniz-2» layihəsi üzrə qaz hasilatına 2016-cı ildə başlanacaq
# 02 iyun 2010 11:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi çərçivəsində ilk qazın hasilatına 2016-cı ildə başlanması planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Bakıa keçirilən beynəlxalq neft-qaz konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev qeyd edib ki, ikinci mərhələdə illik hasilatın 16 mlrd. kubmetrə çatdırılması, bunun üçün yataqda 30 hasilat quyusunun qazılması planlaşdırılır. Həmçinin, bir yeni platformanın inşası və mövcud platformaya birləşdirilməsi nəzərdə tutulur.

Şirkət rəhbəri onu da vurğulayıb ki, «Şahdəniz» yatağının ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilir. Hazırda yataqdan orta hesabla gündəlik hasilatı 21 mln. kubmetr qaz və 5 mln. ton kondensat olan 5 quyu istismar edilir.

Ötən il yataqdan hasil edilən 6,3 mlrd. kubmetr qazın 800 mln. kubmetri Azərbaycana, 700 mln. kubmetri Gürcüstana, 4,3 mlrd. kubmetri isə Türkiyəyə ixrac olunub. Ümumilikdə, Azərbaycanın qaz hasilatı 2004-2009-cu illərdə 5 dəfəyədək artaraq 24 mlrd. kubmetrə çatdırılıb. Aparılan hesablamalara əsasən, Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları 4 mlrd. ton, proqnozlaşdırılan karbohidrogen ehtiyatları isə 8-10 mlrd. ton şərti yanacaq həcmindədir. Respublika ərazisində qazmaya hazırlanmış fondda 40-dan artıq struktur var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR