Bank Of Baku

Ceremi Ellis: «Görülən işlər və hökumətlərin səyləri «Nabucco» layihəsinin reallaşacağını deməyə əsas verir»

Ceremi Ellis: «Görülən işlər və hökumətlərin səyləri «Nabucco» layihəsinin reallaşacağını deməyə əsas verir»
# 02 iyun 2010 13:38 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında RWE şirkətinin biznesin inkişafı üzrə meneceri Ceremi Ellis (Jeremy Ellis) bildirib.

C.Ellisin sözlərinə görə, hazırda bu layihənin reallaşdırılması istiqamətində böyük işlər həyata keçirilməkdədir. Bu işlər və hökumətlər tərəfindən göstərilən səylər layihənin reallaşacağını deməyə əsas verir.

Azərbaycanın «Nabucco» üçün əhəmiyyətli mənbə olduğunu deyən C.Ellis Azərbaycanın layihənin təchizatçıları sırasında olacağına ümid etdiklərini bəyan edib. Şirkət rəsmisi «Nabucco»nun «Cənub axını» ilə rəqib olmadığını düşünür: «Bu layihələrin reallaşdırılması qaz təchizatçısı olan ölkələrdən asılıdır. «Cənub axını» «Nabucco»dan 4 dəfə baha olan layihədir. Nəticə etibarı ilə oradakı qaz daha baha olacaq».

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb. Boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2014-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR