Bank Of Baku

ARDNŞ Qaraşəhərdə “Ağ şəhər” layihəsi həyata keçirir

ARDNŞ Qaraşəhərdə “Ağ şəhər” layihəsi həyata keçirir
# 02 iyun 2010 15:03 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bunu bu gün “Neft və Qaz” konfransında çıxış edərək ARDNŞ-ın ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev bildirib.

S.Əliyevin sözlərinə görə, bu mərkəzdə “Bont” sisteminin tətbiq edilməsi nəzərdə tutulub ki, bu da qəza vəziyyətində operativ reaksiya verməyə imkan verəcək. Bununla yanaşı, atmosferə zərərli tullantıların atılmasının qarşısını almaq məqsədilə artıq 3 ədəd “Avro3” standartı üzrə testləşdirmə mərkəzi yaradılıb ki, bu da öz növbəsində ölkədə idarə edilən nəqliyyat vasitələrinin texniki baxış zamanı bu standarta uyğunluğunu müəyyən etməyə imkan verir və əks halda avtomobil sahibinə müvafiq təmir üçün göstəriş verilir.

S.Əliyevin sözlərinə görə, yaxın zamanda Azərbaycanda neft tullantıları Dövlət Neft Şirkətinin Tullantı Emalı Mərkəzi tərəfindən emal ediləcək. Mərkəzin müvafiq təchizatı ilə bağlı keçirilən tenderin qalibi “Emay” şirkəti artıq bu istiqamətdə işlərə start verib.

Bundan başqa, ARDNŞ-in heft hasilatında nanotexnologiyaların tətbiqi nəticəsində zərərli tullantıların həcminin azalmasına və ümumilikdə bu prosesin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına tullantıların sıfıra endirilməsi üçün şərait yaradır. S.Əliyevin sözlərinə görə, neft tullantıları ilə ən çox çirkləndirilmiş Abşeron yarımadasında artıq 300 hektar neftlə çirklənmiş torpaq təmizlənib: “Hazırda “Azərneftyaq” İstehsalat Birliyinin əraziləri təmizlənir. Bakı İcra Hakimiyyətinin təsdiq etdiyi “Ağ şəhər” layihəsi çərçivəsində hazırda “Qara şəhər” adını daşıyan ərazi yeni texnologiyalardan istifadə edilərək tamamilə təmizlənəcək və bu ərazilərdə Bakı Olimpiya Kompleksinin tikintisi nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR