Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Norveçin regional enerji məsələləri üzrə xüsusi müşaviri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Norveçin regional enerji məsələləri üzrə xüsusi müşaviri ilə görüşüb
# 03 iyun 2010 06:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) Norveçin Xəzər regionu və Mərkəzi Asiyada enerji məsələləri üzrə xüsusi müşaviri səfir Elizabet Valsla görüş keçirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

E.Vals Norveçin «Statoil» şirkətinin fəaliyyətinin ARDNŞ rəhbərliyi tərəfindən dəstəkləndiyini nəzərə çatdıraraq Norveç hökumətinin qarşıdakı illərdə əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid etdiyini vurğulayıb.

ARDNŞ prezidenti Rövnəq Abdullayev isə E.Valsa ARDNŞ-in neft-qaz sektorunda əldə etdiyi nailiyyətlərlə bərabər, həyata keçirdiyi sosial və ekoloji yönümlü layihələr haqqında məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR