Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti «Eni» Korporasiyasının vitse-prezidenti ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti «Eni» Korporasiyasının vitse-prezidenti ilə görüşüb
# 03 iyun 2010 06:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan İtlaiyanın «Eni» Korporasiyasının I vitse-prezidenti Daniele de Giovanninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, R.Abdullayev hər il Bakıda keçirilən neft-qaz sərgi-konfransının əhəmiyyətini vurğulayaraq bu forumun şirkətlər arasında münasibətləri inkişaf etdirmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək baxımından mühüm rol oynadığını bildirib. O, «Eni» Korporasiyasına daxil olan «Saipem» kimi şirkətlərin Azərbaycanda uzun müddət uğurla fəaliyyət göstərdiyini və ARDNŞ-la səmərəli əməkdaşlıq etdiyini, korporasiyanın yüksək səviyyəli nümayəndə heyəti ilə bu görüşün şirkətlərarası münasibətlərə yeni impuls verəcəyinə əmin olduğunu söyləyib.

Daniele de Giovanni isə təmsil etdiyi korporasiyanın inteqrasiya olunmuş şirkətlər qrupu kimi dünyanın bir çox ölkələrində fəaliyyət göstərdiyini, qaz marketinqi sahəsində Avropada liderlik etdiyini, həmçinin son illər qaz təchizatında Xəzər dənizi hövzəsinin mühüm rol oynadığını bildirib.

Azərbaycanda həyata keçirilən enerji layihələrindən söz açan ARDNŞ prezidenti ölkənin Avropa Enerji Xartiyasını imzaladığını, Avropa İttifaqı ölkələrinə enerji daşıyıcılarının nəql edilməsini nəzərdə tutan Cənub Dəhlizi layihəsini dəstəklədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR