Bank Of Baku

«BOTAŞ»: Azərbaycanla Türkiyə arasında imzalanacaq yeni qaz müqaviləsi satış qiymətinın indeksasiyasını da nəzərdə tutur

«BOTAŞ»: Azərbaycanla Türkiyə arasında imzalanacaq yeni qaz müqaviləsi satış qiymətinın indeksasiyasını da nəzərdə tutur
# 03 iyun 2010 07:23 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında Bakıda səfərdə olan Türkiyənin «BOTAŞ» şirkətinin nümayəndə heyətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, sənədlərin Azərbaycan prezidentinin Türkiyəyə səfəri çərçivəsində imzalanması gözlənilir. Səfərdən iki gün öncə (iyunun 3-də) Azərbaycan və Türkiyə ekspertləri görüşərək imzalanacaq sənədlər üzərində son müzakirələri aparacaqlar.

Qazın konkret qiyməti ilə bağlı açıqlama verməsə də adının çəkilməsini istəməyən şirkət nümayəndəsi «görüşlər müsbət nəticələnib. Ümumi kontekstdən desək, qiymət məsələsi demək olar ki, Azərbaycanın istədiyi kimi həll olunub», - deyə bildirib. «BOTAŞ» nümayəndəsi tərəflər arasında razılaşdırılmış qiymətin Türkiyənin də maraqlarına cavab verdiyini düşünür: «Qiymətlərin indeksasiyası ilə bağlı da razılıq var və bu, müqavilədə əksini tapacaq. Yəni, dünya bazarında qiymətlər qalxdıqda, hasilat xərclərində bahalaşma olduqda, tərəflər qazın qiymətinə yenidən baxa və müvafiq qiyməti müəyyənləşdirə biləcəklər».

Xatırladaq ki, iyun ayının 7-də Türkiyədə iki ölkə prezidentlərinin iştirakı ilə qazın alqı-satqısı ilə bağlı yeni müqavilənin imzalanacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR