Bank Of Baku

Azərbaycan son beş ildə qaz hasilatını 5 dəfə artırıb

Azərbaycan son beş ildə qaz hasilatını 5 dəfə artırıb
# 03 iyun 2010 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu günədək Azərbaycanda 570 mlrd. kubmetr qaz hasil edilib ki, bunun 510 mlrd. kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən, 60 mlrd. kubmetri isə xarici şirkətlər tərəfindən hasil olunub. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in I vitse-prezidenti Xöşbəxt Yusifzadə bildirib.

Hazırda Avropa və digər region ölkələrin qaza olan tələbatının yüksəldiyi bir şəraitdə X.Yusifzadə Azərbaycvanın qaz hasilatını artırdığını vurğulayıb.

X.Yusifzadənin sözlərinə görə, hazırda Azərbaycanda gündə 75 mln. kubmetr qaz hasil olunur ki, bunun 19 mln. kubmetri ARDNŞ, 23-24 mln. kubmetri «Şahdəniz» yatağı, 34 mln. kubmetri isə «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun payına düşür. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən gündə 24 mln. kubmetr qaz hasil olunur.

Hazırda Azərbaycanın Türkiyə, Gürcüstan və Rusiyaya qaz ixrac etdiyini bildiriən X.Yusifzadə son 5 il ərzində ölkəmizdə qaz hasilatının 5 dəfə artdığını qeyd edib: «Əgər 2009-cu ildə ölkədə 24 mlrd. kubmetr qaz hasil olunmuşdursa, 2010-cu ildə bu rəqəm 29 mlrd. kubmetrə catdırılacaq».

ARDNŞ rəsmisi həmçinin bildirib ki, «Şahdəniz» yatağında ildə 8,6 mlrd. kubmetr qaz hasil olunur və bu göstəricinin artırılması üçün «Şahdəniz -2» layihəsi hazırlanır və artıq 2016-cı ildə bu yataqdan yeni faza çərçivəsində hasilata başlanacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR