Bank Of Baku

Azərbaycanın ümumi qaz ehtiyatları 5 trln. kubmetrə çata bilər

Azərbaycanın ümumi qaz ehtiyatları 5 trln. kubmetrə çata bilər
# 03 iyun 2010 08:15 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in I vitse-prezidenti Xöşbəxt Yusifzadə bildirib.

X.Yusifzadənin sözlərinə görə, bu strukturda 300 mlrd. kubmert həcmində qaz ehtiyatının olduğu proqnozlaşdırılır. Həmçinin, «Ümid» strukturunda qazma işlərinə başlanılacaq. Dərinliyi 6500 metr olan bu strukturda 250 mlrd. kubmetr qaz ehtiyatının olduğu bildirilir. Eyni zamanda, ARDNŞ «Bulla-Dəniz» strukturunda da qazıntılara başlamaq niyyətindədir.

X.Yusifzadə qeyd edib ki, «Naxçıvan», «Asiman», «Şəfəq», «Zəfər» və «Məşəl» kimi strukturlar mövcuddur ki, burada da qazıntılar aparılacaq. Ümumiyyətlə, Azərbaycanın bütün qaz strukturlarında 2,6 trln. kubmetr həcmində qaz ehtiyatlarının mövcudluğu proqnozlaşdırılır. «Əlavə quyular qazılarsa ehtiyatlar 5 trln-a çata bilər», - deyə ARDNŞ rəsmisi vurğulayıb.

X.Yusifzadə həmçinin bildirib ki, 2010-cu ildə Azərbaycanda 28,5 mlrd. kubmetr, 2020-ci ildə isə 50 mlrd. kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR