Bank Of Baku

Azərbaycan yeraltı anbarlara vurulan qazın həcmini 5 mlrd. kubmetrə çatdıracaq

Azərbaycan yeraltı anbarlara vurulan qazın həcmini 5 mlrd. kubmetrə çatdıracaq
# 03 iyun 2010 08:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanda yeraltı qaz anbarlarına 3 mlrd. kubmetr həcmində qaz vurulacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in I vitse-prezidenti Xöşbəxt Yusifzadə bildirib.

X.Yusifzadənin sözlərinə görə, əgər 2008-ci ildə anbarlara 1,4 mlrd. kubmetr qaz vurulmuşdursa, 2009-cu ildə bu rəqəm 2 mlrd. kubmetr təşkil edib.

«Bu il ərzində isə qaz anbarlarına vurulacaq qazın həcmini 3 mlrd. kubmetrə çatdırmağı planlaşdırırıq. Yaxın illər ərzində isə bu rəqəm 5 mlrd. kubmetrə çatdırılacaq», - deyə ARDNŞ rəsmisi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR