Bank Of Baku

Rusiya ən baha qazı Azərbaycandan alır

Rusiya ən baha qazı Azərbaycandan alır
# 03 iyun 2010 09:05 (UTC +04:00)
Halbuki, məsələn, Gürcüstan üçün qiymət 270 dollara bərabərdir.

APA-Economics”in xəbərinə görə, bu barədə “Qazprom”un büdcəsinə istinadən RBC agentliyi məlumat yayıb.

Məlumata əsasən, Rusiya tərəfindən alınan qaz üzrə ən aşağı qiymət Özbəkistandan alınan qazı üzrədir. Belə ki, Rusiya bu ölkədən qazı 220 dollardan, Türkmənistandan 222 dollardan idxal edir. Özbəkistandan ildə 13 mlrd. kub metr, Türkmənistandan isə 10 mlrd. kub metr qaz idxal olunur.

“Qazprom” ən baha qazı Azərbaycandan idxal edir - 244,5 dollar. İdxal edilən həcmin miqdarı isə 500 mln. kub metr təşkil edir. Qeyd edək ki, bu göstərici “Qazprom”la ARDNŞ arasında imzalanmış sazişdə əks olunub, lakin sazişdə satılan qazın həcminin yuxarı həddi əks olunmayıb və idxal həcminin artıq 1 mlrd. kubmetrə çatdırılması barədə razılıq əldə olunub. Bundan başqa, “Qazprom” Azərbaycandan sərbəst qalan bütün qazı alması barədə təklif irəli sürüb. RBC agentliyin müəlliflərin fikrincə, bu addım Azərbaycan qazının “Nabucco” qaz boru kəmərinə “buraxılmaması” məqsədilə atılıb.

Nəhayət, Rusiya 9,3 mlrd. kubmetr qazı 230,4 dollardan Qazaxıstandan idxal edir.

Rusiya tərəfindən alınan qazın əsas hissəsi, yəni 19 mlrd. kubmetri Avropa ölkələrinə satılacaq. Təxminən 13 mlrd. kubmetr qazın Ukraynaya, 400 mln. kubmetr qazın isə Gürcüstana satılması nəzərdə tutulur.

Qeyd edək ki, son rəqəm Gürcüstan tərəfindən təkzib edilir. Belə ki, Gürcüstan hökuməti Rusiyadan qaz alınmadığını bəyan edir. Eyni zamanda Rusiya tərəfi Gürcüstana satılan qazın qiymətini 270 dollar səviyyəsində müəyyənləşdirib. Ən aşağı qiymətlərlə Rusiya qazını Belarusa (170 dollar) və Ermənistana (182 dollar) satır. Moldovaya satılan qazın qiyməti 240 dollara bərabərdir. Avropaya isə qaz 375,5 dollarlıq qiyməti ilə satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR