Bank Of Baku

Ankarada Azərbaycanla Türkiyə arasında yeni qaz müqaviləsinin bağlanmasına dair danışıqlar başlayıb

Ankarada Azərbaycanla Türkiyə arasında yeni qaz müqaviləsinin bağlanmasına dair danışıqlar başlayıb
# 03 iyun 2010 09:19 (UTC +04:00)
«APA-Economics»in bildirdiyinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

Artıq Ankarada təbii qazın alqı-satqısına dair danışıqların başladığını deyən ARDNŞ rəhbəri sabah «BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşirlə birlikdə danışıqlara qatılacağını açıqlayıb.

«Çalışacağıq ki, bununla da Türkiyə ilə müqavilədə nəzərdə tutulan texniki məsələləri də həll edək. Buna nə qədər nail olacağıq, onu zaman göstərəcək», - deyə R.Abdullayev vurğulayıb.

R.Abdullayev əlavə edib ki, hazırda ARDNŞ-in Türkiyədəki ən böyük investisiya layihəsi «Petkim» neftkimya kompleksidir. Artıq «Petkim»də neftayırma zavodunun inşası ilə bağlı işlər aparılır və sənədləşmə işləri başa çatıb, Türkiyə hökumətindən lisenziyanın alınması gözlənilir: «Lisenziya alınandan sonra detal mühəndisliyə başlanacaq. Gələn il isə tikintiyə başlamağı planlaşdırırıq. Orada 10 mln. ton istehsal gücünə malik kompleksin tikintisi nəzərdə tutulur. Burada istehsal olunan məhsulun 4 mln. tona yaxını «Petkim»in xammalı kimi istifadə olunacaq, qalan məhsul isə Avropa və Türkiyə bazarlarında satılacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR