Azərbaycanda yeni beynəlxalq neft müqaviləsi imzalanıb
Tədbirdə çıxış edən ARDNŞ prezidenti R.Abdullayev bildirib ki, ümumi sahəsi 16,14 kv. km təşkil edən «Balaxnı-Sabunçu-Ramana» və «Kürdəxanı» neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazışdə «UGE-Lanser PTİ. Ltd.» şirkətinin iştirak payı 75%, ARDNŞ-in Ortaq Neft Şirkətinin payı isə 25% müəyyən edilib. Məsrəflərin əvəzinin ödənilməsindən sonra qalan mənfəət karbohidrogenlər ARDNŞ ilə podratçı arasında «R» faktoru mexanizminə əsasən bölüşdürülüb. Burada Azərbaycan tərəfinə düşən pay 55%-dən 92,5%-ə kimi artacaq.
Sazişə əsasən, qeyd olunan neft yataqları blokunun işlənmə və hasilat dövrü 25 il müəyyən edilib. Həmin müddət başa çatdıqdan sonra işlənmə və hasilat dövrü, ARDNŞ təsdiq edərsə, daha 5 il uzadıla bilər.
L.Tauşte isə rəhbərlik etdiyi şirkətin ARDNŞ-lə 5 ildir əməkdaşlıq etdiyini, Azərbaycanın neft-qaz sektorunda bir çox ekoloji layihələrin icrasında iştirak etdiklərini deyib.
R.Abdullayev yataqların işlənilməsinə yatırılacaq investisiyalar və Azərbaycana ödəniləcək bonuslar barədə də məlumat verib. ARDNŞ prezidentinin sözlərinə görə, sazişin qüvvəyə minmə tarixində 2 mln. dollar bonus ödənişləri həyata keçiriləcək. Bundan sonra, 90 gün ərzində orta sutkalıq hasilatı 1,5 dəfə artırdıqda daha 2 mln. dollar bonus ödəniləcək. Yataqların işlənilməsinə nə qədər investisiya tələb olunmasına gəlincə, ARDNŞ prezidenti «təcrübəyə əsasən bu yataqlara bir neçə yüz milyon dollar investisiya tələb olunacaq», - deyə vurğulayıb.
Qeyd edək ki, 1871-ci ildən işlənmədə olan «Balaxanı-Sabunçu-Ramana» yatağından indiyə qədər 9 549 quyu qazılıb, 271 mln. ton neft çıxarılıb. Blokun çıxarıla bilən qalıq neft ehtiyatı 7,3 mln. ton həcmində qiymətləndirilir. Ötən il yataqdan 208,2 min ton neft çıxarılıb. Hazırda «Balaxanıneft» NQÇİ-nin balansında olan yatağın istismar fondunda 1 124 quyu işlək, 328 fəaliyyətsiz quyu var.
«Kürdəxanı» yatağı «Balaxanı-Sabunçu-Ramana» yatağından 8 km şimalda yeləşir. Yataqda geoloji axtarış və kəşfiyyat işləri 1914-1947-ci illərdə aparılıb. İşlənmənin əvvəlindən 1 yanvar 2010-cu ilə qədər yataqda 59 quyu qazılıb, 198 min ton neft çıxarılıb. Yatağın qalıq çıxarıla bilən neft ehtiyatı 205 min tondur. Qeyd edək ki, 2009-cu ildə bu yataqdan 0,730 min ton neft çıxarılıb.
Xəbər Lenti
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib