Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti və BP şirkətinin «Şahdəniz-2» layihəsi üzrə fikirləri üst-üstə düşmür

Azərbaycan Dövlət Neft Şirkəti və BP şirkətinin «Şahdəniz-2» layihəsi üzrə fikirləri üst-üstə düşmür
# 03 iyun 2010 10:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Şahdəniz-2» layihəsinin işlənməsi məsələsi üzrə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə BP şirkətinin fikirləri ilə üst-üstə düşmür. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in I vitse-prezidenti Xöşbəxt Yusifzadə bildirib.

X.Yusifzadənin sözlərinə görə, BP tərəfindən «Şahdəniz-2» layihəsi çərçivəsində 30 quyunun qazılması planlaşdırılır. «Sualtı kəmərlərlə qaz platformaya gətiriləcək, sonra isə kompressor stansiyalarına ötürüləcək. BP şirkəti 2016-cı ildə bu işlərə başlayacaq və həmin vaxt hasilatın 16 mlrd. kubmetrə, 2029-cu ildə isə 29 mlrd. kubmetrə çatdırılacağı gözlənilir. Bu rəqəm hələlik təsdiq olunmayıb, işlənilib hazırlanır. Təhklükəsizlik nöqteyi nəzərdən mənfi təsirləri mövcuddur. Bu quyularda horizontal qazmalar planlaşdırılmır».

X.Yusifzadə bildirib ki, ARDNŞ-in variantı isə iki hissədən ibarətdir. Birinci hissədə dayaz hissədə (200 metr) və digər yerlərdə (350-400 metr) quyunun qazılması planlaşdırılır. İki platforma quraşdırılacaq ki, bu platformaların hər birində 11 quyu olacaq: «Bu da təhlükəsizliyi təmin edəcək. Biz BP şirkəti ilə birgə işləyirik, ümumi qaydalara gəlib çıxacağıq».

X.Yusifzadə qeyd edib ki, «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunda bu variant tətbiq olunub. Hazırda AÇG-nin yuxarı obyektlərində 350 mlrd. kubmetr qazın olduğunu bildirən X.Yusifzadə aşağı qazıntılarda müəyyən qədər maye yanacağın olduğunu vurğulayıb: «İqtisadi baxımdan ARDNŞ-in variantı bir qədər bahadır. Bu yaxınlarda yekun qərar qəbul olunacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR