Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti mayda Novorossiysk limanından neft ixracını 2 dəfə artırıb

Azərbaycan Dövlət Neft Şirkəti mayda Novorossiysk limanından neft ixracını 2 dəfə artırıb
# 03 iyun 2010 10:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk (Rusiya) limanından 294 275 ton xam neft ixrac edib ki, bu da aprel ayı ilə müqayisədə 2,1 dəfə çoxdur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Cari ilin yanvar-may ayları ərzində isə həmin istiqamətdə 877 626 ton xam neft ixrac edilib. May ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 75,17 dollara, Ural nefti 73,68 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 75,62 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR