Bank Of Baku

Kristian Dolezal: «Nabucco» kəmərinin işə düşməsi üçün Azərbaycan və İraq 16 mlrd. kubmetr təbii qaz ötürməlidir»

Kristian Dolezal: «Nabucco» kəmərinin işə düşməsi üçün Azərbaycan və İraq 16 mlrd. kubmetr təbii qaz ötürməlidir»
# 03 iyun 2010 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Nabucco» boru kəmərinin işə salınması üçün Azərbaycan və İraqın hər birinin 8 mlrd. kubmetr həcmində təbii qaz ötürməsi kifayətdir. «APA-Economics»in məlumatına görə, bunu «Nabucco Gas Pipeline International» şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kristian Dolezal bildirib.

«Nabucco» kəmərinin Asiya ilə Avropa arasında körpü rolunu oynayacağını bildirən K.Dolezal Avropada qaza olan tələbatın hər il artdığını bildirib: «Azərbaycan da bu layihənin icrasına maraqlıdır ki, öz qazını Avropa bazarlarına çatdırsın».

Hazırda layihənin icrası ilə bağlı danışıqların aparıldığını bildirən K.Dolezal «Nabucco» kəmərinin işə başlaması üçün Azərbaycan və İraqın birlikdə 16 mlrd. kubmetr həcmində təbii qaz ötürməsi kifayət edəcəyini qeyd edib. «Kəmərin nəqletmə imkanı 31 mlrd. kubmetrdir. Artıq lahihə üçün 200 mln. avrodan çox vəsait cəlb edilib, 2011-ci ilin sonunda layihənin icrasına start veriləcək. Artıq 2014-2015-ci illərdə bu kəmər vasitəsi ilə qazın nəqlinə başlanacaq. Layihə üzrə yekun qərar 2010-cu ilin sonunda veriləcək», - deyə K.Dolezal bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR