Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» yataqlar bloku üzrə hasilatın maksimal dövrü daha 5 il uzadılıb

«Azəri-Çıraq-Günəşli» yataqlar bloku üzrə hasilatın maksimal dövrü daha 5 il uzadılıb
# 03 iyun 2010 11:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunda aparılan hasilat işlərinin pik dövrü 2020-ci ilədək uadılıb. Əvvəllər bu dövrün 2015-ci ilədək davam edəcəyi gözlənilirdi, blokun ümumi neft ehtiyatları isə 1,2 mlrd. ton həcmində qiymətləndirilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, AÇG çərçivəsində icra olunan Çıraq Neft Layihəsinin (ÇNL) reallaşması sayəsində yataqlar blokundan maksimal hasilat dövrü 2020-ci ilədək uzadılıb.

Bundan başqa, V.Bəylərbəyov qeyd edib ki, hazırda Azərbaycanda qaz hasilatı da artmaqda davam edir: «İlkin hesablamalara əsasən, «Ümid» və «Babək» strukturlarındakı qaz ehtiyatlarının həcmi 500 mlrd. kubmetr təşkil edəcək».

Qeyd edək ki, ÇNL layihəsi «BP-Azerbaijan» və ARDNŞ tərəfindən birgə hazırlanıb. Layihənin ümumi dəyəri 6 mlrd. ABŞ dolları təşkil edir. Ümumiyyətlə, layihənin icrası üçün 1 800 daimi iş yerinin açılması nəzərdə tutulub. Layihənin icrası üçün artıq sanksiya verilib. Nəticədə, 2013-cü ilin IV rübündə ÇNL layihəsi çərçivəsində ilk neft hasil olunacağı proqnozlaşdırılır.

Xatırladaq ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «StatoilHydro» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon» (5,6%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR