Bank Of Baku

Azərbaycan ehtiyatı az qalmış qurudakı neft yataqlarının xarici şirkətlərə işlətməyə verilməsini daha məqsədəuyğun hesab edir

Azərbaycan ehtiyatı az qalmış qurudakı neft yataqlarının xarici şirkətlərə işlətməyə verilməsini daha məqsədəuyğun hesab edir
# 03 iyun 2010 11:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın quruda yerləşən, vaxtı ilə istismar olunmuş və çıxarıla bilən ehtiyatları az qalmış neft yataqları xarici şirkətlərə işlətməyə verilir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

«Biz fikirləşirik ki, 7-9 mln. ton ehtiyatı olan quru yataqlarına 25 il müddətinə böyük investisiyalar cəlb etməkdənsə, həmin yataqları işlətməyə vermək daha məqsədəuyğundur. Bununla həm də maya dəyərini azaldırıq. Bu layihələrdə Azərbaycan tğərəfinin heç bir xərci yoxdur, dövlət ona düşən payı neft şəklində alır», - deyə R.Abdullayev vurğulayıb.

Artıq bir neçə ildir quru yataqlarında dövlətin payının HPBS əsasında xarici şirkətlərə verildiyini deyən R.Abdullayev ARDNŞ-in böyük həcmli investisiyaları əsasən böyük strukturların işlənilməsinə cəlb etdiyini bəyan edib. Şirkət rəhbəri onu da vurğulayıb ki, hazırda qarşıda duran əsas məsələ ehtiyatların artırılmasıdır. Bunun üçün dənizdəki strukturların kəşfi işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR