Bank Of Baku

«ConocoPhillips» Azərbaycandakı qaz yataqlarına maraq göstərir

«ConocoPhillips» Azərbaycandakı qaz yataqlarına maraq göstərir
# 03 iyun 2010 12:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, «ConocoPhillips» şirkəti «Zəfər» və «Məşəl» perspektivli strukturların kəşfiyyatında və işlənməsinə maraq göstərir. ARDNŞ prezidenti ilə ötən gün görüşən «ConocoPhillips» şirkətinin birinci vitse-prezidenti Larri Arçibald isə şirkətin «Ümid» və «Babək» strukturlarında da işlərin aparılmasında marağının olduğunu açıqlayıb.

Qeyd edək ki, hazırda ARDNŞ «Ümid» strukturunda kəşfiyyat-qazma işləri aparır. Fransanın «Total» şirkəti isə sentyabrda «Abşeron» strukturunda analoji qazma işlərinə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR