Bank Of Baku

Qazaxıstan neftinin Transxəzər sistemi ilə nəqli layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair tender keçiriləcək

Qazaxıstan neftinin Transxəzər sistemi ilə nəqli layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair tender keçiriləcək
# 03 iyun 2010 12:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayının 7-də Qazaxıstanın «KazMunayQaz» şirkəti Transxəzər sistemi ilə neftin nəqli layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair tender elan edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, layihə Qazaxıstandakı «Kaşaqan», «Karaçaqanak» və «Tengiz» yataqlarından hasil olunan neftin Kurık limanından (Qazaxıstan) Bakıya nəqlini, daha sonra isə Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə göndərilməsini nəzərdə tutur. Bununla yanaşı, xam neftin Bakıdan Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə də nəqli mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR