Bank Of Baku

ARDNŞ prezidenti Küveyt Enerji Şirkətinin rəhbərini qəbul edib

ARDNŞ prezidenti Küveyt Enerji Şirkətinin rəhbərini qəbul edib
# 03 iyun 2010 15:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Küveyt Enerji Şirkətinin rəhbəri və Baş direktoru Mansur Əbuxəmsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Rəhbərlik etdiyi Küveyt Enerji Şirkətini ARDNŞ prezidentinə təqdim edən M.Əbuxəms bildirib ki, ölkəsinin ilk özəl neft şirkəti olaraq uğur qazanıb. Hazırda bir sıra Yaxın Şərq və MDB ölkələrində 40-dan artıq layihə həyata keçirən Küveyt Enerji Şirkəti əsasən hasilat tempi aşağı düşmüş köhnə yataqların bərpası sahəsində yüksək göstəricilərə nail olub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR