Bank Of Baku

ARDNŞ prezidenti İtaliyanın “Edison Spa” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

ARDNŞ prezidenti İtaliyanın “Edison Spa” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
# 03 iyun 2010 15:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev İtaliyada elektrik enerjisi və təbii qazın istehsalı, təchizatı və satışı ilə məşğul olan “Edison Spa” şirkətinin icraçı vitse-prezidenti Roberto Potinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

R.Abdullayev bildirib ki, Azərbaycan Xəzər dənizi akvatoriyasında hasil olunan təbii qazın Avropa Birliyi ölkələrinə nəql edilməsi üçün nəzərdə tutulan “Cənub dəhlizi” ideyasını dəstəkləyir və bu çərçivədə həyata keçirilməsi planlaşdırılan ixrac-boru kəmərləri layihələrini diqqətlə nəzərdən keçirir.

R.Poti isə Azərbaycanda həyata keçirilən irimiqyaslı qaz hasilatı layihələrinin beynəlxalq neft-qaz şirkətləri tərəfindən maraqla izləndiyini söyləyib. “Edison Spa” şirkətinin Türkiyə-Yunanıstan-İtaliya (ITGI) layihəsinin iştirakçılarından olduğunu xatırladan R.Poti “Şahdəniz” yatağından hasil olunan təbii qazın Cənubi Avropa regionunda, o cümlədən, İtaliyada bazarlanması məsələsində maraqlı olduqlarını ifadə edib. Şirkət nümayəndəsi bildirib ki, həmin layihə ARDNŞ-ə və “Şahdəniz” yatağının işlənilməsi ilə məşğul olan tərəfdaşlara təqdim olunmuş, bu mövzuda səmərəli müzakirələr aparılıb. Görüşdə “Şahdəniz” yatağından hasil olunan təbii qazın Cənubi Avropa ölkələrinə tədarük olunması layihəsinin cəlbedici olduğu qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR