Bank Of Baku

Azərbaycanda «Bahar Energy» əməliyyat şirkəti dövlət qeydiyyatına alınıb

Azərbaycanda «Bahar Energy» əməliyyat şirkəti dövlət qeydiyyatına alınıb
# 04 iyun 2010 09:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-E conomics. Birləşmiş Ərəb Əmirliklərinin «Bahar Energy Operating Company Ltd.» şirkətinin Azərbaycandakı nümayəndəliyi dövlət qeydiyyatına alınıb. «APA-Economics»in məlumatına görə, Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə qeydiyyatdan keçmiş nümayəndəlik Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev,24 ünvanında yerləşir.

Şirkətin Azərbaycanda qanuni təmsilçisi Türkiyə vətəndaşı Mustafa Nəcib Çorbacıdır.

Qeyd edək ki, 2009-cu ilin dekabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə «Bahar Energy Ltd.» şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı «Bahar» və «Qum-Dəniz» yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalanıb. Yataqların istismarını ARDNŞ-in ortaq şirkəti və «Bahar Energy Ltd.» şirkəti (20%+80% pay bölgüsü) birgə həyata keçirəcək.

«Bahar Energy Ltd.» şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Dubaydakı Cəbəl Ali Azad ərazisində qeydiyyata alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR