Bank Of Baku

Mədən sənayesində növbəti hesabat mərhələsi üzrə audit aparacaq şirkət seçilib

Mədən sənayesində növbəti hesabat mərhələsi üzrə audit aparacaq şirkət seçilib
# 29 iyun 2010 15:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilib. Bu barədə «APA-Economics»ə ARDNF-dən məlumat verilib.

İclasda Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan hökumətinə ödənişləri, hökumətin yerli və xarici şirkətlərdən daxilolmaları barədə növbəti - 13-cü hesabat mərhələsi üzrə hesabatlarını (2010-cu ilin ilk altı ayı üzrə) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə keçirilən müsabiqənin nəticələri müzakirə edilib. Çoxtərəfli Qrup auditin müsabiqəyə təklif təqdim etmiş üç şirkət (“PricewaterhouseCoopers”, “Moore Stephens”, “Baker Tilly Audit Azerbaijan”) arasından «Moore Stephens» şirkəti tərəfindən keçirilməsinə yekdilliklə qərar verilib.

İclasda Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası MHŞT üzrə 12-ci hesabat (2009-cu il üzrə) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlayıb. Bu məsələyə dair müzakirələr aparılıb, şirkətlər qrupu səmt qazının ölçü vahidlərinə dair təqdimat keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR