Bank Of Baku

«Petkim» 2009-cu ildəki uğurlarına görə Ege bölgəsi sənaye müəssisələri arasında ilk onluqda yer alıb

«Petkim» 2009-cu ildəki uğurlarına görə Ege bölgəsi sənaye müəssisələri arasında ilk onluqda yer alıb
# 29 iyun 2010 15:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Türkiyənin ən böyük coğrafi-regional əyalətlərindən olan Ege vilayətinin Sənaye Palatası - «Ege bölgesi Sanayi Odası» 2009-cu ildə istehsal və satış göstəricilərinə əsasən, bu bölgənin 100 ən iri sənaye müəssisəsinin qiymətləndirilməsi layihəsini həyata keçirib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bu qiymətləndirmə layihəsi artıq 28 ildir ənənəvi olaraq keçirilir. Qiymətləndirmə anketinə 2008-ci ildə 296, 2009-cu ildə isə 254 şirkət daxil edilib.

«SOCAR-TURCAS» Birgə Müəssisəsinin idarəçiliyində fəaliyyət göstərən «Petkim» Petrokimya Şirkəti reytinq cədvəlində yüksək pillədə qərarlaşıb. Belə ki, «Petkim» istehsaldan satış parametri üzrə 254 şirkət arasında 4-cü yerə layiq görülüb. Şirkət eyni zamanda Ege bölgəsində yüksək ixracat səviyyəsi ilə fəaliyyət göstərən şirkətlər arasında da ilk onluğa düşüb. Bu göstərici üzrə «Petkim» 5-ci yerdə olub. ARDNŞ-in xaricdəki ən böyük aktivi olan “Petkim” bu nüfuzlu reytinq sorğusunda digər parametrlər üzrə də ilk sıralarda yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR