Bank Of Baku

İlin əvvəlindən neft 7% ucuzlaşıb

İlin əvvəlindən neft 7% ucuzlaşıb
# 01 iyul 2010 08:05 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu ilin ikinci rübündə neftin ucuzlaşması 8,13 dollar və ya 9,7% təşkil edib. Eyni zamanda, iyun ayı ərzində neftin 1 bareli 1,66 dollar və ya 2,2% ucuzlaşıb.

Ümumilikdə, cari ilin yanvar-iyun ayları ərzində neftin qiymətinin dinamikası dəyişkən olub:




Qeyd edək ki, neft bazarında qiymət dinamikası bir sıra amillərdən asılıdır ki, onların bir hissəsi təsadüfi və ya gözlənilməyəndir. Məsələn, cari ilin mart ayında Meksika körfəzində neft platformasında baş vermiş qəzadan sonra neftin qiyməti il ərzində ən maksimal həddə çatıb. Neft bazarına mütəmadi təsir edən amillər sırasında dünya iqtisadiyyatının bərpası perspektivləri barədə ehtimal və fikirlər, dünyanın əsas neft ixracatçıları tərəfindən hasilatın azaldılması və ya artırılması barədə məlumatlar və s. var.

Bundan başqa, dolların məzənnəsi də neftin qiymətinə birbaşa təsir edir. Belə ki, dolların ucuzlaşması neftin bahalaşmasında, dolların bahalaşması isə neftin ucuzlaşmasında əks olunur. Lakin bu göstəriciləri, yəni dolların məzənnəsi və neftin qiymətini böhran və böhrandan sonrakı dövrdə bir-biri ilə sərt əlaqələndirmək düzgün deyil, çünki bunların hər ikisi dünya iqtisadiyyatında baş verən proses və tendensiyaların nəticəsidir. Belə ki, iqtisadiyyatda bərpa tendensiyalarının zəifləməsi barədə ehtimal, fikir və ya göstəricilər neftə tələbatı və ardınca da qiyməti azaldacaq, dollara isə həm müsbət, həm də mənfi təsir edə bilər.

Ümumilikdə, neft bazarında hazırkı qiymətlər bir çox mütəxəssislər və dünyanın əsas ixracatçılar tərəfindən məqbul hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR