Bank Of Baku

«Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda əsaslı təmir işlərinə başlanılıb

«Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda əsaslı təmir işlərinə başlanılıb
# 05 iyul 2010 15:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda bütün istehsalat sexlərini əhatə edəcək əsaslı təmir işlərinə başlanılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, təmir işlərinə «Etilen-polietilen», «Üzvi sintez», «Səthi aktiv maddələr» və Mexaniki-təmir zavodlarının aparıcı təmir briqadaları cəlb olunub.

Aparılacaq təmir zamanı Etilen-Polietilen zavodunun EP-300 kompleksinin əsas aqreqatları olan M-1, M-4, M-5 və M-6 trubokompressorları, həmçinin 1-ci və 2-ci düzüm kompressorları əsaslı təmir olunacaq. T-6 və T-9 istilikdəyişdiriciləri də daxil olmaqla bütövlükdə 15 ədəd istilikdəyişdirici boruları yeniləri ilə əvəz olunacaq. Bu məqsədlə 150 ton həcmində boruların alınması üçün müvafiq təşkilatlara sifarişlər verilib.

Təmir müddətində həmçinin 100-ə yaxın istilikdəyişdirici aparatın təmizlənməsi, yararsız hala düşmüş 2 min metrə yaxın texnoloji boru xətlərinin dəyişdirilməsi də nəzərdə tutulub. Ötən iki gün ərzində zavod ərazisində xidməti meydançalar təmir olunmuş, avadanlıqlar və boruların izolyasiya işləri isə sürətlə davam etdirilir. Müəssisənin 120 metr hündürlüyündə olan məşəl qurğusunun başlıq hissəsi və susərinləşdirici qurğuların təmiri də görüləcək işlərin əsas tərkib hissələri sırasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR