Bank Of Baku

Sel fəlakəti bölgəsində enerji təsərrüfatının bərpası davam edir

Sel fəlakəti bölgəsində enerji təsərrüfatının bərpası davam edir
# 06 iyul 2010 12:14 (UTC +04:00)
Bakı - APA-Economics. Salyanda baş verən sel fəlakətindən sonra rayonun enerji təsərrüfatında aparılan bərpa işləri davam etdirilir.

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Salyan Şəbəkə Rayonu” sel və daşqınlarla müşayiət olunan təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirib.

Salyanın Noxudlu kəndində, “Xəstəxana”, “Xörəkçi” və “Dəmir yolu” hava xətlərində ağac dayaqlar dəmir-beton dayaqlarla əvəzlənib. Subasma ilə əlaqədar evlərini müvəqqəti tərk etmiş sakinlərin geri qayıtdığı evlərdə elektrik avadanlıqları yoxlanılır, onların istismara yararlı olduğu təsdiqləndikdən sonra enerji verilişi bərpa edilir.

Heydər Əliyev Fondunun köməyi ilə Salyan rayonunda salınan təxminən 150 evdən ibarət yaşayış massivini elektrik enerjisi ilə təmin edəcək şəbəkənin qurulmasına başlanılıb. Bu ərazilər SİP-kabel və smart-kart tipli sayğaclarla təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR