Bank Of Baku

«Günay Anadolu» sığorta şirkətinin sığorta haqları son bir ildə 10% azalıb

«Günay Anadolu» sığorta şirkətinin sığorta haqları son bir ildə 10% azalıb
# 06 iyul 2010 12:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günay Anadolu» sığorta şirkətinin bu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 441,034 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 10% azdır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 348,879 min manat təşkil edib.

Daxilolmalarda ən çox vəsait «Kasko sığortası» (127,7 min manat), «Yanğından sığorta» (207,508 min manat) və «Montaj sığortası» (43,365 min manat) növləri üzrə toplanılıb. Ödənişlərə gəldikdə, 163,494 min manatla «Yanğından sığorta» növü lider olaraq ilk yeri tutub. Sonrakı yerdə isə 78,935 min manatla «Kasko sığortası» qərarlaşıb.

Qeyd edək ki, «Günay Anadolu» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən dəyişikliyə əsasən, şirkət 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «GünayBank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir.
Şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR