Bank Of Baku

ARDNŞ və «BP-Azerbaijan» arasında perspektiv strukturların kəşfiyyatına dair müqavilə bu ilin payızında imzalanacaq

ARDNŞ və «BP-Azerbaijan» arasında perspektiv strukturların kəşfiyyatına dair müqavilə bu ilin payızında imzalanacaq
# 06 iyul 2010 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin payız aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və «BP-Azerbaijan» şirkəti arasında «Şəfəq» və «Asiman» perspektiv strukturlarında birgə kəşfiyyatın aparılmasına dair müqavilə imzalana bilər.

«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in İnvestisiyaların idarə edilməsi departamentinin müdiri Vaqif Əliyev bildirib.

«Müqavilənin əsas prinsipləri demək olar ki, hazırdır və artıq bu ilin payızında sözügedən müqavilənin imzalanacağı gözlənilir», - deyə V.Əliyev bildirib.

O, həmçinin qeyd edib ki, bu gün ARDNŞ və «BP-Azerbaijan» şirkəti arasında imzalanan «Şəfəq» və «Asiman» perspektiv strukturlarında birgə kəşfiyyatın aparılması üçün müqavilənin hazırlanmasına dair «Əsas Prinsiplər Sazişi» adlı sənəd 30 il müddətinə (daha 5 il uzatma şərti ilə) imzalanıb: «Perspektiv strukturlarında kəşfiyyat dövrü 4 il müddətində müəyyənləşib ki, bu müddət ərzində «BP-Azerbaijan» şirkəti 1 kəşfiyyat quyusu qazacaq. Tərəflər arasında birgə aparılacaq məsləhətləşmələrə əsasən, 3 il ərzində daha iki kəşfiyyat quyusunun qazılması həyata keçirilə bilər».

Qeyd edək ki, bu gün tərəflər arasında imzalanan sazişə əsasən BP və ARNDŞ «Şəfəq» və «Asiman» perspektiv strukturlarında birgə kəşfiyyatın aparılmasında hərəyə 50% payla çıxış edəcək. Bütün kəşfiyyat işlərinin xərclərini isə BP öz üzərinə götürüb.

Xatırladaq ki, geoloqların fikrincə, «Şəfəq» və «Asiman» perspektiv strukturlarındakı qaz ehtiyatları 300-500 mlrd. kubmetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR