ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, sənəddə yeni fəaliyyət sahələrində ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi və ona neqativ təsirlərin minimuma endirilməsini təmin etmək məqsədilə «sıfır tullantı» prinsipinə əməl edilməsi əks etdirilib.
Hazırda ARDNŞ-in idarə və müəssisələrinin istehsalat və xidmət sahələrində əmələ gələn bir sıra tullantılar Ekologiya İdarəsinin Tullantı Mərkəzində yerləşdirilir. Həmin tullantıların bir hissəsinin təkrar emalı mümkündür. Bu məqsədlə ARDNŞ-ın Ekologiya İdarəsi, təkrar emalı mümkün olan tullantıların satışı üçün müsabiqə elan edib. Müsabiqədə yerli və xarici müəssisə və təşkilatlar, fiziki şəxslər iştirak edə bilərlər. Satışa çıxarılan tullantılar aşağıdakılardır:
S/s | Tullantının adı | miqdarı, (ton) | Dislokasiyası |
1 | Avtomobil şinləri | 56,862 | Tullantı Mərkəzi |
2 | Akkumulyatorlar | 12,911 | Tullantı Mərkəzi |
3 | Yağ və hava süzgəcləri | 0,940 | Tullantı Mərkəzi |
4 | Qalvanik elementlər | 0,139 | Tullantı Mərkəzi |
5 | Yüksək və az təzyiqli lüminessensiya lampalar | 0,051 | Tullantı Mərkəzi |
6 | Kompüter | 0,045 | Tullantı Mərkəzi |
7 | Printer | 0,538 | Tullantı Mərkəzi |
8 | Katriclər (toner) | 0,162 | Tullantı Mərkəzi |
9 | Sellüloz tullantılar (kağız) | 6,513 | Tullantı Mərkəzi |
Qeyd olunan tullantıların alınması üzrə təkliflər bu ilin sentyabr ayının 1-dək Bakı şəhəri, Heydər Əliyev prospekti,113 ünvanında yerləşən ARDNŞ-in Ekologiya İdarəsinə təqdim edilməlidir.