Bank Of Baku

Xəzər Dəniz Neft Donanmasında “ARDNŞ-in müəssisələrində təbiəti mühafizə tədbirlərinin tətbiqi” mövzusunda tədbir keçirilib

Xəzər Dəniz Neft Donanmasında “ARDNŞ-in müəssisələrində təbiəti mühafizə tədbirlərinin tətbiqi” mövzusunda tədbir keçirilib
# 07 iyul 2010 08:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Xəzər Dəniz Neft Donanmasının (XDND) müsabiqəyə təqdim etdiyi «Ekoloji Nümunəvi Gəmi» və «Ekoloji Nümunəvi Sahil Obyekti» layihəsi üzrə tədbir keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, tədbirdə ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev, Ekologiya İdarəsinin rəisi Azər Əliyev və bir sıra müəssisələrin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan XDND-nin rəisi Mübariz Mədətov ARDNŞ-in ekoloji sahədə həyata keçirdiyi bu tipli layihələrin əhəmiyyətindən danışıb. Tədbir iştirakçılarına XDND-də keçirilən «Ekoloji Nümunəvi Gəmi» və «Ekoloji Nümunəvi Sahil Obyekti» müsabiqəsi ilə əlaqədar geniş məlumat verilib.

ARDNŞ-in vitse-prezidenti Soltan Əliyev belə layihələrin təkcə «2010 - Ekologiya ili» çərçivəsində deyil, mütəmadi olaraq keçirilməsinin zəruriliyini vurğulayıb. Vitse-prezident XDND-də keçirilən ekoloji layihəni yüksək qiymətləndirib.

Müsabiqədə «Ekoloji Nümunəvi Gəmi» nominasiyası üzrə birinci yeri «General Əsədov» və «Geofizik-1», ikinci yeri Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin «PSK-51» gəmisi, üçüncü yeri isə «Cənub Rayon Neft Donanma İdarəsi»nin «MPK-452» gəmisi tutub.

«Ekoloji Nümunəvi Sahil Obyekti» nominasiyası üzrə birinci yeri Gəmi Təmiri Zavodunun «Gövdə-Qaynaq» sexi, ikinci yeri İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsinin Gəmilərin xilasetmə vasitələrinin təmiri sexi, üçüncü yeri isə Cənub Rayon Dəniz Neft Donanma İdarəsinin «Şimal» körpüsü tutub. Müsabiqənin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR