Bank Of Baku

Gürcüstan magistral qaz kəmərini satmağa hazırlaşır

Gürcüstan magistral qaz kəmərini satmağa hazırlaşır
# 07 iyul 2010 10:37 (UTC +04:00)
Bakı - APA-Economics. Gürcüstan hökuməti Rusiyadan Ermənistana mavi yanacağın nəql olunduğu magistral qaz kəmərini satmaq niyyətindədir.

APA-Economics”in “Civil Georgia”ya istinadən xəbərinə görə, Gürcüstan parlamenti qaz kəmərinin strateji obyektlərin siyahısından çıxarılması haqda qanun layihəsini birinci oxunuşda qəbul edib.

Qeyd edək ki, qaz kəmərinin satılması təklifi ilə Gürcüstan parlamentinin Hüquq komitəsinin sədri Pavel Kublaşvili çıxış edib. O, təklifini “istənilən müəssisəni özəl sektor daha yaxşı idarə edir, nəinki dövlət” deyə əsaslandırıb.

Maraqlıdır ki, Gürcüstanın baş naziri Nika Gilauri qaz kəmərinin satılmasının əleyhin çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR