Bank Of Baku

«Azərikimya» İstehsalat Birliyinin işçiləri üçün 4 yeni avtobus alınıb

«Azərikimya» İstehsalat Birliyinin işçiləri üçün 4 yeni avtobus alınıb
# 07 iyul 2010 15:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən «Azərikimya» İstehsalat Birliyinin işçiləri üçün 4 yeni avtobus alınıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, avtobuslar yay və qış aylarında nəqliyyatın fəaliyyətində problem və çətinliklərin olduğu nəzərə alınaraq, birliyin müəssisələrində çalışan işçilərin səhər və axşam növbələrində işə vaxtında və rahat gediş-gəlişini təmin etmək məqsədilə alınıb.

Türkiyə istehsalı olan «Otokar» markalı avtobusların hər biri 25 sərnişin üçün nəzərdə tutulub. Yeni avtobusların istismara verilməsi ilə «Azərikimya» İB-nin Nəqliyyat İdarəsinin maşın parkındakı işlək avtobusların sayı 16-ya çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR