Bank Of Baku

BP şirkəti beş il ərzində 60 mlrd. dollar kompensasiya ödəyəcək

BP şirkəti beş il ərzində 60 mlrd. dollar kompensasiya ödəyəcək
# 08 iyul 2010 15:56 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyanın BP şirkəti Meksika körfəzində baş vermiş neft axınına görə beş il ərzində 60 mlrd. dollar kompensasiya ödəyəcək.

APA-Economics”in xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanında nəşr olunan “əl-Cəzirə” qəzeti məlumat yayıb.

Nəşrin sorğusunda iştirak edən müstəqil ekspertlərin rəyinə əsasən, dünya bazarında neftin qiyməti 50 dollara və ya ondan aşağı düşsə, BP müflis olacaq. İflasdan qaçmaq üçün neftin qiyməti yaxın illərdə orta hesabla 70 dollar olmalıdır.

İyulun 8-də NYMEX birjasında WTI markalı neftin 1 bareli 75 dollar olub.

Xatırladaq ki, BP-nin Meksika körfəzindəki platforması aprelin 22-də 36 saatlıq yanğından sonra batıb. Bu zaman baş verən partlayış 11 nəfərin həyatına son qoyub. Neft axını hazırda davam edir. Bu, ABŞ tarixində ən böyük ekoloji fəlakət sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR