Bank Of Baku

«Qazprom» 2009-cu ildə dünyada ən çox mənfəət əldə edən şirkət olub

«Qazprom» 2009-cu ildə dünyada ən çox mənfəət əldə edən şirkət olub
# 09 iyul 2010 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Rusiyanın «Qazprom» şirkəti 2009-cu ildə dünya üzrə ən çox mənfəət əldə edən şirkət olub.

«APA-Economics»in «Reuters»a istinadən verdiyi məlumata görə, bu barədə «Fortune» jurnalının tərtib etdiyi «Fortune Global 500» reytinqində bildirilir.

«Qazprom» sözügedən reytinqdə ardıcıl 5 il ilk pillədə qərarlaşan ABŞ-ın «Exxon Mobile» şirkətini qabaqlayıb. «Qazprom»un bu uğuruna dünya neft bazarında «qara qızıl»ın qiymətinin aşağı düşməsi olub. Belə ki, reytinqdə irəli pillələrdə məhz neft sahəsində fəaliyyət göstərən şirkətlər olub. Neftin qiymətinin aşağı düşməsi müvafiq olaraq şirkətlərin mənfəətinə də mənfi təsir göstərib.

Satışdan hasil olan pula (mədaxil) görə «Qazprom» siyahıda 50-ci yeri tutub. Bu göstəriciyə üzrə reytinqdə birinci yeri «Royal Dutch Shell» və «Exxon» şirkətlərini geridə qoyan ABŞ-ın «Wal-Mart Stores» şirkəti qazanıb. Belə ki, 2009-cu ildə şirkətin mədaxili 2008-ci ilə nisbətən 0,6% artaraq 408 mlrd. ABŞ dollarına çatıb. «Shell» və «Exxon» şirkətlərinin bu göstəriciləri isə ötən il müvafiq olaraq 40% və 36% azalıb.

Qeyd edək ki, reytinqdə yer almış 500 şirkətin ümumi mədaxili 2008-ci illə müqayisədə 8,3% azalaraq 23,1 trln. dollar, mənfəəti isə 16,9% artaraq 960,5 mlrd. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR