Bank Of Baku

Artur Rasi-zadə yenidən Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib

Artur Rasi-zadə yenidən Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib
# 09 iyul 2010 14:59 (UTC +04:00)
ARDFF-dan «APA-Economics»ə verilən məlumata görə, ölkənin Baş Naziri, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2009-cu ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2009-cu il büdcəsinin icrası, Fondun 2010-cu il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılıb.

Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2009-cu ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2009-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (Deloyt&Tuş şirkətinin) hesabatına baxaraq onları məqbul hesab edib və Fondun 2009-cu il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün ölkə başçısına təqdim etmək barədə qərar qəbul edib.

Baş Nazir A.Rasi-zadə 2010-cu il üzrə də Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR