Bank Of Baku

«Azərikimya» İB Azərbaycan Dövlət Neft Akademiyasının 8 tələbəsini işlə təmin edib - FOTO

«Azərikimya» İB Azərbaycan Dövlət Neft Akademiyasının 8 tələbəsini işlə təmin edib - <font color=red>FOTO</font>
# 12 iyul 2010 11:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Akademiyasının məzunları (ADNA) «Azərikimya» İB-nin xüsusi mütəxəssislər komissiyasının ciddi bilik yoxlamasından keçdikdən sonra birliyin müəssisələrində gənc mütəxəssis kimi işləmək üçün istehsalata vəsiqə alıblar.

«Azərikimya» İB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan sənayesinin çətin və mürəkkəb sahələrindən olan kimya sənayesinə tələbələr arasından daha çox istedadlı olan gənclərin cəlb olunması, onların yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi, həmçinin elm və istehsalat əlaqələrinin gücləndirilməsi məqsədilə başlanan əməkdaşlıq çərçivəsində təşkil olunan tələbə-kadr müsabiqəsi ilk olaraq ADNA-da diplom müdafiələrinin keçirildiyi auditoriyalardan başlayıb.

Qarşılıqlı razılaşma əsasında «Azərikimya»nın təcrübəli mütəxəssislərinin, bir zamanlar ADNA-nın məzunu olmuş bugünkü istehsalat rəhbərlərinin də daxil olduğu diplom müdafiələri zamanı tələbələr arasından 35 nəfər istedadlı gənc işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün birliyin baş ofisinə dəvət olunublar.

Tələbələrin diplom müdafiəsindən sonra üç gün davam edən müsabiqədə “Azərikimya”nın istehsalat rəhbərləri, təcrübəli texnoloq, mexanik və energetikləri məzunları bir daha imtahana çəkərək, onların ixtisas-peşə hazırlığını, kimya istehsalatı üzrə texniki təhlükəsizlik qaydalarını nə dərəcədə mənimsədiklərini, həmçinin xarakter və psixologiyalarını daha diqqətlə öyrənməyə çalışıblar.

Münsiflər heyəti 35 məzun içərisindən daha hazırlıqlı olan səkkiz nəfərin - Amil Əzizov, Tariyel Ramazanov, Elxan Əliyev, Teymur Niyafərz, Anar Ömərov, Saləddin Qulubəyli, Naib Məmmədov və Nəcəf Səfərlinin yüksək nəticə qazanaraq, kimya istehsalatında uğurla çalışmaq imkanına malik olduqlarını bəyan edib. Onlardan 5 nəfəri istehsalatda yalnız bir ildən sonra - həqiqi hərbi xidmət borcunu yerinə yetirdikdən sonra başlamalı olacaqlar. Üç nəfər isə artıq bir neçə gündən sonra ölkənin kimya sənayesinin perspektiv inkişafına öz töhfələrini verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR