Bank Of Baku

BP-nin Meksika körfəzindəki ekoloji fəlakətlə bağlı xərcləri 3,5 mlrd. dolları ötüb

BP-nin Meksika körfəzindəki ekoloji fəlakətlə bağlı xərcləri 3,5 mlrd. dolları ötüb
# 12 iyul 2010 12:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Böyük Britaniyanın BP şirkəti Meksika körfəzində baş verən neft axınının nəticələrinin aradan qaldırılmasına bu günədək 3,5 mlrd. ABŞ dolları xərcləyib.

«APA-Economics»in məlumatına görə, şirkətin mətbuat üçün yaydığı açıqlamada bildirilir ki, bu məbləğ qəza baş verən quyudan sızmanın qarşısının alınmasına, dağılmış neftin yığılmasına, sahilyanı ABŞ ştatlarına xüsusi qrantlar ayrılmasına, məhkəmə iddiaları üzrə ödənişlərə və ABŞ hökumətinin qəza ilə bağlı xərclərinin qarşılanmasına sərf olunub.

Bu günədək BP-yə qarşı 105 min iddia qaldırılıb. Bu iddialardan 52 mini üzrə şirkətin ödənişi 165 mln. dollar olub.

Xatırladaq ki, BP-nin Meksika körfəzindəki platforması aprelin 22-də 36 saatlıq yanğından sonra batıb. Bu zaman baş verən partlayış 11 nəfərin həyatına son qoyub. Bu, ABŞ tarixində ən böyük ekoloji fəlakət sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR