Bank Of Baku

ARDNŞ son bir ildə kəşfiyyat qazıntısının həcmini 5,5 dəfə artırıb

ARDNŞ son bir ildə kəşfiyyat qazıntısının həcmini 5,5 dəfə artırıb
# 12 iyul 2010 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 13 176 metr qazma işi həyata keçirib ki, ötən ayla müqayisədə qazma işlərinin həcmi 3,4% çoxdur.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 13 105 metri istismara, 71 metri kəşfiyyata aid olub və may ayı ilə müqayisədə istismar qazıntısı 4,5% artırılıb, kəşfiyyat qazıntısı isə 2,9 dəfə azaldılıb.

Ümumiyyətlə, 2010-cu ilin yanvar-iyun aylarında ARDNŞ üzrə 71 374 metr qazma işi görülmüşdür ki, bunun da 69 460 metri istismara, 1 914 metri kəşfiyyata (o cümlədən, 462 metr struktur axtarış qazması) aid olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə ümumi qazma işlərinin həcmi 24,1%, o cümlədən istismar qazıntısının həcmi 25,8% azaldılıb, kəşfiyyat qazıntısı isə 5,5 dəfə artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR