Bank Of Baku

«Nabucco»nun səhmdarlarından biri «Cənub axın» layihəsində iştirak etmək niyyətindədir

«Nabucco»nun səhmdarlarından biri «Cənub axın» layihəsində iştirak etmək niyyətindədir
# 12 iyul 2010 15:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “Nabucco” qaz kəməri layihəsinin səhmdarlarından biri olan Almaniyanın RWE şirkəti «Cənub axın» layihəsində iştirak etmək niyyətindədir.

«APA-Economics»in «Reuters»a istinadən verdiyi məlumata görə, artıq bu barədə RWE Rusiyanın «Qazprom» şirkəti ilə danışıqlara başlayıb.

RWE «Nabucco»nun altı səhmdarlarından biridir ki, digər səhmdarlar Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin «Botaş», Bolqarıstanın «Bulgargaz» və Rumıniyanın «Transgaz» şirkətləridir. Konsorsiumda hər şirkət 16,67% paya malikdir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb. Hazırda «Nabucco» kəmərinin tikintisi Azərbaycan və Türkmənistan arasında Xəzər neft-qaz yataqlarının ərazi mübahisəsinə görə ləngiyir.

Qeyd edək ki, «Nabucco» Mərkəzi Asiya və Xəzəryanı regionundan təbii qazı Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıtsan, Rumıniya və Avstriya ərazisi ilə Avropaya çatdıracaq. İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın 2014-cü ildə Avropaya çatdırılması planlaşdırılır. «Nabucco» qaz kəməri layihəsinin dəyəri 7,9 mlrd. avro təşkil edir.

Xatırladaq ki, tikintisinə artıq başlanılan və Rusiyadan Qara Dəniz vasitəsilə Bolqarıstana, sonra iki istiqamətə bölünən, o cümlədən Yunanıstandan İtaliya, Serbiya və Macarıstandan Avstriyaya çəkiləcək “Cənub axını” boru kəmərin inşası 2013-cü ildə başa çatdırılması nəzərdə tutulub. Boru kəməri ötürmə gücü ildə 47-62 mlrd. kubmetr təşkil etməlidir.

Layihənin ümumi dəyəri 25 mlrd. dollar səviyyəsində qiymətləndirilir, o cümlədən sualtı hissənin tikintisinə 6-10 mlrd. dollar vəsait tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR